...

ABŞ müxtəlif ölkələrin nüvə proqramlarına qarşı ikili standartlardan istifadə edir – İranın BMT-dəki səfiri

Dünya xəbərləri Materials 30 Oktyabr 2010 15:12 (UTC +04:00)

Vaşinqton nüvəsiz dünyaya tərəfdardır və eyni zamanda böyük büdcə vəsaitləri ayrıraraq, öz nüvə arsenalını inkişaf etdirir və modernləşdirir. Bu barədə İranın BMT-dəki səfiri Məhəmməd Qəzai deyib.

"100 milyard dollardan çox vəsaitin ayrıldığı ABŞ-ın nüvə silahının inkişafı və modernləşdirilməsi üzrə planı [...] Ağ Evin nüvə silahından azad sülhpərvər bəyanatlarına bilavasitə ziddiyyət təşkil edir", - Qəzai BMT Baş Assambleyasının tərkisilah Komitəsinin iclasında deyib.

O, Amerikanın Yaponiyanın Hirosima və Naqasaki şəhərlərini bombalamasını da xatırladıb və qeyd edib ki, "nüvə dövlətlərinin arsenalında minlərlə nüvə başlıqlarının olması, hələ də bütün dünya ölkələrini qorxuya saxlamaqdadır".

BMT Baş Assambleyasının tərkisilah Komitəsinin Nyu-Yorkda keçirilən iclasında Birləşmiş Ştatlar və Rusiya arasında nüvə tərkisilahına dair yeni müqavilə müzakirə edilib.


İran tərəfinin bəyanatında ABŞ və Rusiyanın nüvə silahının yayılmaması Müqaviləsi və onların bütün nüvə silahlarının məhv edilməsi üzrə öhdəliklərinin yerinə yetirilməsinin zəruriliyi vurğulanır.

Bəyanata əsasən, nüvə silahının azaldılması onun məhv edilməsini əvəzləyə bilməz, belə ki, dünyanı atom təhlükəsindən qorumaq üçün yeganə vasitə nüvə silahının tam məhv edilməsidir.

Xəbər lenti

Xəbər lenti