...

Türkiyə Azərbaycana 1915-ci ildə ermənilər tərəfindən öldürülən türk şəhidlərinin qəbrlərindən torpaq göndərəcək

Dünya xəbərləri Materials 3 Dekabr 2010 15:01 (UTC +04:00)
Türkiyə Azərbaycana 1915-ci il hadisələri zamanı ermənilər tərəfindən öldürülən türk şəhidlərinin qəbirlərindən torpaq göndərəcək. Bu barədə cümə günü Türkiyənin Anadolu agentliyi məlumat verib.
Türkiyə Azərbaycana 1915-ci ildə ermənilər tərəfindən öldürülən türk şəhidlərinin qəbrlərindən torpaq göndərəcək

Türkiyə Azərbaycana 1915-ci il hadisələri zamanı ermənilər tərəfindən öldürülən türk şəhidlərinin qəbirlərindən torpaq göndərəcək. Bu barədə cümə günü Türkiyənin Anadolu agentliyi məlumat verib.

İqdır şəhərindəki üç ümumi türk qəbrindən olan torpaq İqdırın ermənilərin əsassız iddiaları ilə mübarizə üzrə İttifaqı tərəfindən Azərbaycanın Quba şəhərinə göndəriləcək.

İttifaq 1918-ci ildə erməni millətçiləri tərəfindən törədilmiş soyqırım qurbanlarının kütləvi məzarlıq yerinə və Quba muzeyinə çatdırılması üçün torpağı Azərbaycanın Qarsdakı konsulluğuna verilib.

İqdır şəhəri Türkiyənin şərqində, Naxçıvan MR ilə sərhəddə yerləşir.

Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Türkiyə Ermənistanı dəfələrlə 1915-ci il hadisələrinin araşdırılması üzrə birgə komissiya yaratmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti