...

Bəzi terrorçular Pakistanın rəsmi şəxsləri ilə əlbirdirlər – İran DİN

Dünya xəbərləri Materials 16 Dekabr 2010 16:21 (UTC +04:00)

Bəzi terrorçular ərazisində məşqlərin təşkil edildiyi Pakistanın rəsmi şəxsləri ilə əlbirdirlər. Bu barədə İranın daxili işlər nazirinin müavini Əli Abdullahi deyib. Məlumatı IRNA informasiya agentliyi yayıb.

Onun sözlərinə görə, Pakistanın dövlət məmurları terrorçulara keçid sənədləri (pasportlar) verirlər və onlar da həmin sənədlərlə İrana gəlirlər.

Dünən IRNA agentliyində İran analitikinin dərc etdirdiyi məqalədə Pakistanın İdarələrarası kəşfiyyatı (ISI) terrorçularla əlaqədə təqsirləndirilir.

Çərşənbə günü səhər saat 10:30 radələrində İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində İmam Hüseyn məscidinin yaxınlığında baş vermiş terror aktı nəticəsində imamın vəfatının ilönümü ilə əlaqədar məscidə gələn 39 nəfər ölüb, onların arasında üç qadın və üçaylıq körpə də var.

Terror aktına görə məsuliyyəti "Cundullah" qruplaşması öz üzərinə götürüb. Bu barədə "Mehr" informasiya agentliyi Dubayın "Al-Arabia" telekanalına istinadən məlumat verib.

İran parlamentinin spikeri Əli Laricani terror aktını pisləyib və qeyd edib ki, terrorçular belə əməlləri ilə İranda yaşayan şiə və sünnilər arasında nifaq salmaq istəyirlər.

Xəbər lenti

Xəbər lenti