...

İran yaxın gələcəkdə orbitə yenidən canlı göndərəcək

Dünya xəbərləri Materials 7 Fevral 2011 15:37 (UTC +04:00)
Hazırda orbitə canlı orqanizm aparacaq "Kavuşgər 4" adlı süni peykin kosmosa buraxılması ilə bağlı hazırlıq işləri gedir. Peyk yaxın gələcəkdə kosmosa buraxılacaq, İranın Kosmik Agentliyinin rəhbəri Həmid Fazili deyib. Bu barədə Trend İslam Respublikasının İSNA xəbər agentliyinə istinadən məlumat verir.
İran yaxın gələcəkdə orbitə yenidən canlı göndərəcək

Hazırda orbitə canlı orqanizm aparacaq "Kavuşgər 4" adlı süni peykin kosmosa buraxılması ilə bağlı hazırlıq işləri gedir. Peyk yaxın gələcəkdə kosmosa buraxılacaq, İranın Kosmik Agentliyinin rəhbəri Həmid Fazili deyib. Bu barədə Trend İslam Respublikasının İSNA xəbər agentliyinə istinadən məlumat verir.

"Artıq öz kosmonavtımızı orbitə göndərmək məqsədi ilə işlərə başlamışıq. Milli laboratoriya və kosmik şəhərciyin təsis olunması, kosmodrom yaradılması üzrə də işə başlamışıq", - Fazili deyib.

İran ilk dəfə orbitə canlı orqanizmı ötən ilin fevralında göndərib. Bu canlı "Kavuşgər 3" adlı süni peyklə kosmosa buraxılıb.

Ötən ilin avqust ayında İran Prezidenti Mahmud Əhmədinejad 2017-ci ildə ölkəsinin ilk kosmonavtını kosmosa göndərəcəyini demişdi. "Bir müddət öncə kosmosa canlı orqanizm göndərdik və ölkənin Kosmik Agentliyinin proqramlarına əsasən, birinci kosmonavt 2024-cü ildə göndərilməli idi, lakin hökumət bəzi proqramlar həyata keçirdi. 2017-ci ildə ilk kosmonavtımızı kosmosa göndərəcəyik", - Əhmədinjead bildirmişdi.

Əhmədinejad deyib ki, iranlı kosmonavtın kosmosa getməsi ilə dünyada diplomatik tənliklərdə böyük dəyişiklik baş verəcək.

Xəbər lenti

Xəbər lenti