...

Ramzan Kadırov yenidən Çeçenistanın başçısı seçilib

Dünya xəbərləri Materials 6 Mart 2011 05:13 (UTC +04:00)
Çeçenistan Respublikasının parlamenti şənbə günü keçirilən növbədən xaric iclasda Ramzan Kadırovun namizədliyini növbəti 5 il müddətinə Respublikanın başçısı vəzifəsinə təsdiq edib. Bu barədə Trend Rusiya KİV-nə istinadən xəbər verir.
Ramzan Kadırov yenidən Çeçenistanın başçısı seçilib

Çeçenistan Respublikasının parlamenti şənbə günü keçirilən növbədən xaric iclasda Ramzan Kadırovun namizədliyini növbəti 5 il müddətinə Respublikanın başçısı vəzifəsinə təsdiq edib. Bu barədə Trend Rusiya KİV-nə istinadən xəbər verir.

İclasda parlament üzvlərinin hamısı (41 deputat) yekdilliklə Ramzan Kadırovun lehinə səs verib.

Respublikanın başçısı seçiləndən sonra, Kadırov Çeçenistanı Rusiya Federasiyasının ən inkişaf etmiş, sabit, cəlbedici subyekti etməyi planlaşdırdığını bildirib.

İlk dəfə Kadırovun namizədliyi Çeçenistan başçısı vəzifəsinə 2 mart 2007-ci ildə parlament tərəfindən təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti