...

Karluş Keyruşun İran millisi ilə müqavilə imzalayacağı tarix müəyyənləşib

Dünya xəbərləri Materials 28 Mart 2011 14:16 (UTC +04:00)
İranın futbol üzrə milli komandasının baş məşqçisi vəzifəsinə məşhur portuqaliyalı mütəxəssis Karluş Keyruş gətirilir. Keyruş İran Futbol Federasiyası ilə müqavilə imzalamaq üçün aprelin 3-də Tehrana səfər edəcək.
Karluş Keyruşun İran millisi ilə müqavilə imzalayacağı tarix müəyyənləşib

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir T.Cəfərov/

İranın futbol üzrə milli komandasının baş məşqçisi vəzifəsinə məşhur portuqaliyalı mütəxəssis Karluş Keyruş gətirilir. Keyruş İran Futbol Federasiyası ilə müqavilə imzalamaq üçün aprelin 3-də Tehrana səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Keyruş İran milli komandasının baş məşqçisi kimi fəaliyyətinə aprelin 5-dən başlayacaq. Keyruş öz köməkçilərini də portuqaliyalı mütəxəsislər arasından seçib. Onların kimliyi açıqlanmayıb.

Keyruş fevralda Tehrana səfər etmiş və İran Futbol Federasiyasının rəsmiləri ilə bu məsələ ilə bağlı danışıqlar aparmışdı.

"Sport 360" saytının məlumatına əsasən, Keyruş 6 milyon dollar məbləğində üçillik müqavilə imzalayaraq, İran milli komandasının baş məşqçisi olacaq.

Karluş Keyruş əvvəllər "Sportinq" (Portuqaliya), "Real Madrid" (İspaniya) komandalarına, BƏƏ və CAR yığmalarına da rəhbərlik edib. Keyruş millinin Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatında ümidləri doğrultmaması, eləcə də 2012-ci il Avropa çempionatının seçmə mərhələsinə uğursuz başlaması səbəbindən Portuqaliya yığmasından qovulub.
Bundan öncə İran milli komandasına Diyeqo Maradonanın baş məşqçi gətiriləcəyi ilə bağlı məlumat verilmişdi.

Xəbər lenti

Xəbər lenti