...

İranda sərnişin avtobusu yol kənarında durmuş zəvvarları vurub, 12 nəfər ölüb

Dünya xəbərləri Materials 6 May 2011 13:21 (UTC +04:00)
İranda sərnişin avtobusu Poldoxtər şəhərinin yaxınlığında yerləşən İmamzadə Əhməd ziyarətgahına gələn zəvvarları vurub. Belə ki, sərnişin avtobusunda nasazlıq yaranıb, idarəetməni itirən sürücü yolun kənarında dayanmış zəvvarları vurub. Hadisə nəticəsində 12 nəfər ölüb, 14 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İranda sərnişin avtobusu yol kənarında durmuş zəvvarları vurub, 12 nəfər ölüb

Azərbaycan, Bakı, 6 may /Trend/

İranda sərnişin avtobusu Poldoxtər şəhərinin yaxınlığında yerləşən İmamzadə Əhməd ziyarətgahına gələn zəvvarları vurub. Belə ki, sərnişin avtobusunda nasazlıq yaranıb, idarəetməni itirən sürücü yolun kənarında dayanmış zəvvarları vurub. Hadisə nəticəsində 12 nəfər ölüb, 14 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Poldoxtər şəhər polisinin komandiri Əli Nicat Kərəmi bildirib ki, hadisəyə Kirmanşah şəhərindən Poldoxtər şəhərinə ziyarət üçün gəlmiş sərnişin avtobusunun əyləc sistemində nasazlıq yaranması səbəb olub.

O deyib ki, yaralılar Poldoxtər şəhərinin İmam Xomeyni adına xəstəxanasına və Xuzistan əyalətində yerləşən Əndimeşk şəhər xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti