...

İstanbulda partlayış baş verib

Dünya xəbərləri Materials 26 May 2011 12:19 (UTC +04:00)
İstanbulda partlayış baş verib.
İstanbulda partlayış baş verib

Azərbaycan, Bakı, 26 may /Trend/

İstanbulun Avropa hissəsində, Etiler rayonunda saat 09:00-da partlayış baş verib. Trend-in məlumatına görə, xəbəri "Sabah" qəzeti yayıb.

Metro stansiyasının yaxınlığında baş verən partlayış nəticəsində ən azı 10 nəfər xəsarət alıb. Partlayışın səbəbləri hələlik məlum deyil. Hadisə yerinə təcili yardım maşınları göndərilib.

Xəbər lenti

Xəbər lenti