...

İranda 11 nəfər edam olunub

Dünya xəbərləri Materials 27 May 2011 12:13 (UTC +04:00)
Dünən İranda 11 nəfər edam olunub. Onlardan 2-si Sari şəhər həbsxanasında, 4-ü Yasuc şəhər həbsxanasında, 4-ü Şiraz, 1 nəfəri isə Qəzvin şəhərində əhalinin gözü qarşısında edam olunub. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.
İranda 11 nəfər edam olunub

Azərbaycan, Bakı, 27 may /Trend/

Dünən İranda 11 nəfər edam olunub. Onlardan 2-si Sari şəhər həbsxanasında, 4-ü Yasuc şəhər həbsxanasında, 4-ü Şiraz, 1 nəfəri isə Qəzvin şəhərində əhalinin gözü qarşısında edam olunub. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, həmin şəxslər narkotik alış-verişi və istifadəsi, silahla soyğunçuluq, adam oğurlama, zorlama və silsilə qətllər törətmək ittihamı ilə edama məhkum olunublar.

Beynəlxalq KİV-in məlumatına görə, 2011-ci ilin əvvəlindən indiyədək İranda 143 nəfər edam olunub. Narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə isə 85 nəfərdən çox şəxs edam olunub.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalardan daha çoxdur.

Xəbər lenti

Xəbər lenti