...

İran neft nazirinin müavininə Bağdadda silahlı hücum olub

Dünya xəbərləri Materials 22 İyun 2011 15:45 (UTC +04:00)
İranın neft nazirinin müavini Əlirza Zeyğəminin başçılıq etdiyi nümayəndə heyətinə Bağdadda silahlı hücum olub.
İran neft nazirinin müavininə Bağdadda silahlı hücum olub

Azərbaycan, Bakı, 22 iyun /Trend/

İranın neft nazirinin müavini Əlirza Zeyğəminin başçılıq etdiyi nümayəndə heyətinə Bağdadda silahlı hücum olub. Bu barədə Trend İranın asriran.com saytına istinadən məluamt verir.

Məlumata əsasən, silahlı hücum zamanı nazir müavininin iki iraqlı mühafizəçisi yaralanıb. Hadisə nümayəndə heyətinin İraqın Neft Nazirliyindən Energetika Nazirliyinə gedərkən Bağdadın mərkəzində baş verib. Silahlı hücum edən şəxslər və mühafizəçilər arasında 15 dəqiqəyə yaxın atışma baş verib. Nümayəndə heyətində xəsarət alanların olmadığı bildirilir.

Zeyğəminin başçılıq etdiyi nümayəndə heyəti yanacaq emalı məhsullarının İraqa satılması məqsədilə müzakirələr aparmaq üçün bu ölkədə səfərdədir.

Xəbər lenti

Xəbər lenti