...

İranda güclü dolu və sel daşqınlara səbəb olub

Dünya xəbərləri Materials 16 Avqust 2011 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

İranın Sistan və Bəluçistan əyalətlərində güclü dolu və sel Sərbaz, Nikşəhr, Zabuli və İranşəhr qəsəbələrində və ətraf kəndlərdə daşqınlara səbəb olub. Bu barədə Trend İranın dövlət televiziyasının rəsmi saytı iribnews.ir-ə istinadən məlumat verir.

Məlumata əsasən, daşqınlar nəticəsində bir çoxs sayda ev qəzalı vəziyyətə düşüb, əkin sahələri və infrastruktura ziyan dəyib. 80-dən çox kəndə elektrik enerjisinin verilməsi dayandırılıb, 40-dan çox kəndin qəsəbələrlə əlaqəsi kəsilib.

Güclü yağış və dolu 4 gündür ki, bu əyalətin müxtəlif bölgələrində müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti