...

Kürd separatçıları Türkiyədə dörd fəhləni oğurlayıblar

Dünya xəbərləri Materials 9 Sentyabr 2011 13:18 (UTC +04:00)
Kürd Fəhlə Partiyasından (PKK) olan separatçılar Siirt şəhərində bəndin tikintisində çalışan dörd fəhələni oğurlayıblar. Bu barədə Trend CNN Türk-ə istinadən xəbər verir.
Kürd separatçıları Türkiyədə dörd fəhləni  oğurlayıblar

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Kürd Fəhlə Partiyasından (PKK) olan separatçılar Siirt şəhərində bəndin tikintisində çalışan dörd fəhələni oğurlayıblar. Bu barədə Trend CNN Türk-ə istinadən xəbər verir.

PKK yaraqlıları hücum zamanı bütün tikinti texnikasını yandırıblar.

Hadisə yerinə polis qüvvələri göndərilib, onlar separatçıların tutulması üzrə əməliyyata başlayıblar.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirilib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb. Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti