...

İranla Qazaxıstanın parlamentlərarası münasibətləri inkişaf etdirilir

Dünya xəbərləri Materials 19 Oktyabr 2011 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir T.Cəfərov/

Ötən gün İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Mehdi Sənainin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanda İran-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Serik Temirbulatovla görüşüb. Bu barədə Trend-ə İranın Qazaxıstandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, görüşdə iki ölkə parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb, təhsil, mədəniyyət və narkotiklərlə mübarizə sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti