...

ATƏT Fransa parlamentinin "erməni soyqırımı" ilə bağlı qərarından narahatdır

Dünya xəbərləri Materials 23 Dekabr 2011 11:19 (UTC +04:00)
ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç cümə axşamı Fransa parlamentinin aşağı palatasının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməsi ilə bağlı narahatlığını bildirib.
ATƏT Fransa parlamentinin "erməni soyqırımı" ilə bağlı qərarından narahatdır

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç cümə axşamı Fransa parlamentinin aşağı palatasının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməsi ilə bağlı narahatlığını bildirib. Trend-in məlumatına görə, bu barədə ATƏT-in rəsmi saytında dərc olunmuş bəyanatda bildirilir.

Qanun layihəsi cümə axşamı Milli Yığıncaqda qəbul edilib. Parlamentin yuxarı palatasının - Senatın təsdiqləyəcəyi halda qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cərimə tətbiq ediləcək.

"Mən Milli Yığıncağın bu təklifi dəstəkləyən üzvlərinin humanist niyyətlərini tamamilə qəbul edirəm. Bununla yanaşı, hesab edirəm ki, bu hüquqi düzəlişlərin tam qəbulu fikri azad şəkildə ifadə etmək üzrə beynəlxalq standartlarla bağlı ciddi narahatlıq doğurur", - Miyatoviç bildirib.

O qeyd edib ki, bundan başqa, bu addım beynəlxalq səviyyədə ictimai debatların kriminallaşmasına dair presedent yarada bilər. "Debatların kriminallaşması - istər tarixi hadisələr, istər hansısa millətin faciəli anları ilə bağlı yalan ittihamlar olsun - ATƏT üzvü ölkələrdə insanlar, cəmiyyətlər və hakimiyyətlər arasında qarşılıqlı anlaşmaya müsbət təsir göstərmir", - o deyib.

Miyatoviç həmçinin narahtlığını bildirib ki, Fransada bu qanunun qəbulu digər ölkələri də analoji addımlar atmağa vadar edə bilər və dövlətlər ATƏT qarşısında götürdükləri öhdəlikləri pozmaqla tarixlə bağlı bəyanatlara görə cinayət məsuliyyəti tətbiq edə bilərlər.

"Müxtəlif xalqların və regionların mədəniyyət və tarixləri ilə bağlı milli qadağaların konkret bəyanatlarla yayılması söz azadlığına dair beynəlxalq standartları yararsız edir və onları söz və ifadə azadlığının tənzimlənməsi üzrə fraqmentləşdirilmiş çoxlu milli strategiyalara tabe edir", - o qeyd edib.

Miyatoviç Fransa Senatının qanun layihəsini qəbul etməyəcəyinə ümid etdiyini bildirib.

Cümə axşamı Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bunlardan 38 deputat lehinə, 7-si isə əleyhinə səs verib.

Xəbər lenti

Xəbər lenti