...

İraqda 11 dustaq 80 metrlik tunel qazaraq həbsxanadan qaçıb

Dünya xəbərləri Materials 7 Yanvar 2012 23:34 (UTC +04:00)
İraqın şimalında yerləşən Zirga həbsxanasının 11 dustaqı yerin altında 80 metrlik tunel qazaraq oradan qaça bildi.
İraqda 11 dustaq 80 metrlik tunel qazaraq həbsxanadan qaçıb

Azərbaycan, Bakı, 7 yanvar / Trend /

İraqın şimalında yerləşən Zirga həbsxanasının 11 dustaqı yerin altında 80 metrlik tunel qazaraq oradan qaça bildi.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, məhkumlar müxtəlif cinayətlərə, o cümlədən narkotik alveri və qətlə görə cəza çəkirdi. Qaçaqların bəziləri öz edamlarını gözləyirdilər.

Hazırda polis məhbusların axtarışlarını həyata keçirir. Hələ ki onların olduğu yer məlum deyil.

Xəbər lenti

Xəbər lenti