...

İran nüvə sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır

Dünya xəbərləri Materials 7 Fevral 2012 14:36 (UTC +04:00)
İran nüvə sahəsində dost ölkələrlə əməkdaşlığı genişləndirməyə hazırdır. Bunu çərşənbə axşamı İİR XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Tehranda mətbuat konfransında bəyan edib.
İran nüvə sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır

Azərbaycan, Bakı, 7 fevral / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

İran nüvə sahəsində dost ölkələrlə əməkdaşlığı genişləndirməyə hazırdır. Bunu çərşənbə axşamı İİR XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Tehranda mətbuat konfransında bəyan edib. Trend-in məlumatına görə, bu barədə İranın İRİNN telekanalı xəbər yayıb.

"Biz hesab edirik ki, dinc nüvə proqramının inkişafı üzrə hüququmuz nüvə silahlarının yayılmamasına dair müqavilənin şərtləri ilə üst-üstə düşür", - o deyib.

İrana qarşı sanksiyalara toxunan Mehmanpərəst İslam inqilabının ali lideri ayətullah Seyid Əli Xamneyinin Qərbin sanksiyalarının ölkənin öz daxili potensialını açmağa kömək etdiyi barədə sözlərini təkrarlayıb.

"ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca Prezident Barak Obama İrana qarşı sanksiyaları genişləndirsə də, onların heç bir effekti olmayacaq", - Mehmanpərəst deyib.

Suriyada oğurlanan iranlı zəvvarlar haqqında danışarkən o qeyd edib ki, onların ən tez zamanda azad olunmaları üçün hər şey edilir.

Bir ay ərzində üçüncü dəfə İran vətəndaşlarından ibarət qrup Suriyada oğurlanıb. Bu barədə İranın İİNS xəbər agentliyi məlumat verib.

ABŞ və digər Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahı hazırlanmaqda ittiham edirlər.

Xəbər lenti

Xəbər lenti