...

İranda Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihəsinin icrasına başlanılıb

Dünya xəbərləri Materials 9 Aprel 2012 13:02 (UTC +04:00)
İranın Mazandaran əyalətində Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihəsinin icrasına başlanılıb.
İranda Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihəsinin icrasına başlanılıb

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir T.Cəfərov/

İranın Mazandaran əyalətində Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihəsinin icrasına başlanılıb. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat verir.

Layihənin icrasının İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") tikinti işləri ilə məşğul olan Xatəmul-Ənbiya Qərargahı öhdəsinə götürüb. "Layihənin icrasına 1 milyard 600 milyon dollardan çox vəsait ayrılacaq. Layihə 24 ayadək başa çatdırılacaq", - Xatəmul-Ənbiya Qərargahının Sari şəhəri üzrə komandiri Şəms Müzəffəri deyib.

Müzəffəri bildirib ki, Xəzər dənizinin suyunun şirinləşdirilməsində yeni qayda və texnologiyalardan istifadə olunacaq və su tam formada şirinləşdiriləndən sonra içməli su kimi əhaliyə paylanacaq.

O əlavə edib ki, Xəzər dənizinin suyu şirinləşdirildikdən sonra Qum və Siman əyalətlərinin içməli su problemlərinin həlli üçün bu əyalətlərə ötürüləcək.

Xəbər lenti

Xəbər lenti