...

Türkiyədə hərbi konvoyun keçidi zamanı partlayış olub

Dünya xəbərləri Materials 24 Aprel 2012 13:45 (UTC +04:00)
Türkiyənin Mardin şəhərində çərşənbə axşamı səhər saatlarında hərbi konvoyun keçidi zamanı partlayış baş verib.
Türkiyədə hərbi konvoyun keçidi zamanı partlayış olub

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Mardin şəhərində çərşənbə axşamı səhər saatlarında hərbi konvoyun keçidi zamanı partlayış baş verib. Bu barədə çərşənbə axşamı Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Partlayış nəticəsində iki hərbiçi yaralanıb.

İlkin ehtimala görə, terror aktı terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları tərəfindən törədilib. Polis hadisə yerində araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti