Azərbaycan, Bakı, 2 may / Trend, müxbir A.Tağıyeva /
Türkiyənin Ərzurum şəhərində Ermənistan-Türkiyə münasibətləri üzrə beynəlxalq simpozium açılır.
Bu gün açılan simpoziumda 75 türk və əcnəbi alim, eləcə də Azərbaycandan, Böyük Britaniyadan, ABŞ-dan, Fransadan və İrandan olan Ermənistan-Türkiyə münasibətlərinin araşdırmaçıları iştirak edəcəklər. Bu barədə Trend "Haberler" agentliyinə istinadən xəbər verir.
Mayın 4-dək davam edəcək simpozium çərçivəsində 15 iclas keçiriləcək. Atatürk Universiteti Ermənistan-Türkiyə münasibətlərini Araşdırma Mərkəzinin direktoru Erol Kürkçüoğlunun sözlərinə görə, simpoziumda Ermənistan-Türkiyə münasibətlərinin tarixinə dair sənədlər təqdim olunacaq.