...

Ermənistanın Ombudsman ofisinə seçkilərdə pozuntularla bağlı 148 müraciət daxil olub

Dünya xəbərləri Materials 6 May 2012 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend/

Ermənistanın Ombudsman ofisinə ölkədə bazar günü keçirilən parlament seçkilərində pozuntularla bağlı 148 müraciət daxil olub.

Müraciətlərin əksəriyyəti səs vermiş vətəndaşlarının pasportlarında möhürün yox olması və seçkilərdə rüşvətlərin verilməsi ilə əlaqədardır.

Ölkə polisinin məlumatına görə, seçkilərdə 2 432 238 nəfərədək seçici iştirak edəcək.

Seçkilərin nəticələri haqqında qəti qərar səsvermə günündən yeddi gün sonra qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti