...

İranda boşanmaların sayı artıb

Dünya xəbərləri Materials 8 May 2012 10:01 (UTC +04:00)
Ötən il (İranda il martın 22-də dəyişir) ölkədə boşanma hallarının sayı 7 faiz, nikahların sayı isə 2 faiz artıb.
İranda boşanmaların sayı artıb

Azərbaycan, Bakı, 8 may / Trend müxbir T.Cəfərov/

Ötən il (İranda il martın 22-də dəyişir) ölkədə boşanma hallarının sayı 7 faiz, nikahların sayı isə 2 faiz artıb. Bunu İranın Dövlət Statistika Təşkilatının rəhbəri Əhməd Tusirkani deyib. Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi xəbər verir.

Tusirkani ötən il ərzində İranda boşananların sayının 833 332, evlənənlərin sayının isə 139 963 nəfər təşkil etdiyini deyib.

Məlumata görə, boşanma halları əsasən yaşı 30-dan aşağı olan gənc cütlüklər arasında baş verib. Boşanan qadınlar əsasən 20-24, kişilər isə 25-29 yaş arasında olublar.

Xəbər lenti

Xəbər lenti