Azərbaycan, Bakı, 22 may /Trend, müxbir T.Cəfərov/
Bu gün səhər İranın Şiraz şəhərinin Adilabad həbsxanasında üç nəfər edam olunub. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.
Məlumata əsasən, həmin şəxslər narkotik maddələrin alqı-satqısında ittiham olunublar.
Mayın 21-də də narkotik maddələrin alqı-satqısında ittiham olunan 14 nəfər edam olunmuşdu.