Azərbaycan, Bakı, 22 may / Trend, müxbir A.Tağıyeva /
Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Nabil əl-Ərəbi İrandan Bəhreyn rəhbərliyinin ünvanına səsləndirdiyi bəyanatları dayandırmağı və onun daxili işlərinə müdaxiləyə son qoymağı tələb edib. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər verir.
"Səudiyyə Ərəbistanı və Bəhreynin Fars körfəzindəki ərəb dövlətlərinin Əməkdaşlıq İttifaqı çərçivəsində birlik yaratmaq haqqında qərarı iki ölkənin rəhbərliyinin qərarıdır və üçüncü tərəfin bu məsələyə müdaxiləsi yolverilməzdir", - ƏDL baş katibi deyib.