Azərbaycan, Bakı, 22 may / Trend, müxbir A.Tağıyeva /
Türkiyəli podratçılar Azərbaycan bazarında daha fəal iştirak etməlidirlər. Çünki ölkə iqtisadiyyatı ildən-ilə artır. Trend-in məlumatına görə, bu barədə Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri Cengiz Gül "Anadolu" agentliyinə müsahibəsində bildirib.
"Türkiyəli podratçılar Azərbaycan bazarında 4,5 milyard dollarlıq paya malikdirlər. Bu çox kiçik məbləğdir", - Gül deyib.
Türkiyə-Azərbaycan Şurasının nümayəndə heyəti iyunun 18-22-də Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə Azərbaycanda olacaq.
Gülün sözlərinə görə, Azərbaycanda 200-ə yaxın tükr şirkəti fəaliyyət göstərir. Onların investisiyalarının ümumi məbləği 6,5 milyard dollardır.
O həmçinin qeyd edib ki, Azərbaycan gələcəkdə türk ölkələrinə gömrük rüsumları olmadan mal ixrac edəcək istehsalçı ölkəyə çevrilmək üçün böyük şanslara malikdir.