Azərbaycan, Bakı, 23 may / Trend, müxbir A.Tağıyeva /
Çərşənbə gününə keçən gecə Suriya-Türkiyə sərhədində Suriyanın təhlükəsizlik qüvvələri ilə silahlı müxalifət arasında toqquşma baş verib. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər verib.
Bir neçə müxalifət üzvü yaralanıb.
"Əl-Cəzirə"nin məlumatına görə, gecə saatlarında Suriya ordusunun şəhərləri atəşə tutması nəticəsində 25 nəfər ölüb.
Suriyadan olan çoxlu sayda qaçqın və müxalifət üzvləri Türkiyədə sığınacaq tapıb. Sayı 30 mindən çox olan qaçqınlar üçün çadır şəhərcikləri salınıb.