...

Qazaxıstan jurnalında Azərbaycan haqqında məqalə dərc olunub

Dünya xəbərləri Materials 25 İyun 2012 12:02 (UTC +04:00)
Qazaxıstanda dərc olunan jurnalın ölkənin müstəqilliyinin 20 illiyinə həsr olunmuş sayında əslən bakılı, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin məzunu Eliza Haşımovanın müstəqil Azərbaycanın uğurları haqqında məqaləsi dərc olunub.
Qazaxıstan jurnalında Azərbaycan haqqında məqalə dərc olunub

Qazaxıstan, Astana, 25 iyun / Trend, müxbir D.Muxtarov/

Qazaxıstanda dərc olunan jurnalın ölkənin müstəqilliyinin 20 illiyinə həsr olunmuş sayında əslən bakılı, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin məzunu Eliza Haşımovanın müstəqil Azərbaycanın uğurları haqqında məqaləsi dərc olunub. Bu barədə Trend-in xüsusi müxbiri Astanadan xəbər verir.

Jurnalın yubiley nömrəsində Qazaxıstanın gənc tədqiqatçılarının məqalələri yer alıb. Jurnal Avropa İnformasiya Mərkəzinin, Avrasiya Milli Universitetinin və ali məktəbin beynəlxalq münasibətlər fakultəsinin birgə səyi ilə işıq üzü görüb.

Qazaxıstanın əsas ali məktəbinin məzunu, beynəlxalq münasibətlər fakultəsinin qırmızı diplomunun sahibi Haşımovanın məqaləsi "Müstəqilliyin 20 ili ərzində Azərbaycan Respublikasının uğurları" adlanır. Orada Azərbaycanın formalaşmasının bütün əsas istiqamətləri öz əksini tapıb.

Materialda iqtisadiyyatdan, neft-qaz sektorundan başlayaraq, sosial-mədəni sahələrədək respublikanın həyatının bütün aspektlərinə toxunulub. Məqalədə əsas yеri Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsi tutur.

"Səkkiz il ərzində Azərbaycan yüksək inkişaf sürəti nümayiş etdirir. Ölkə iqtisadiyyatı 300 faiz, sənaye istehsalı 300 faiz artıb, 950 min yeni iş yeri yaradılıb, yoxsulluq beş dəfə azalıb, büdcə xərcləri 20 dəfə artıb", - Haşımovanın məqaləsində deyilir.

Onun məlumatına görə, səkkiz il ərzində orta illik ÜDM 14 faiz, o cümlədən qeyri-neft sektorunda 9 faiz təşkil edib.

"Əgər torpaqlarımız işğal olunmasaydı, bizə qarşı etnik təmizləmə siyasəti yürüdülməsəydi, onda Azərbaycan daha böyük uğurlara nail olardı", - məqalədə qeyd olunur.

Haşımovanın məqaləsində bildirilir ki, ölkə rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq norma və standartlara əsaslanır və öz ölkəsinin ərazi bütövlüyünün bərpasını tələb edir.

"Azərbaycan ərazi bütövlüyünün bərpasına yönəlmiş diplomatik səyləri davam etdirir. Ədalət bizim tərəfimizdədir", - Haşımova sonda qeyd edir.

Xəbər lenti

Xəbər lenti