...

İƏT-ə üzv ölkələrin XİN rəhbərləri Suriyanın təşkilatdakı üzvlüyünü dondurmağa çağırıblar

Dünya xəbərləri Materials 25 İyun 2012 13:12 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin xarici işlər nazirləri Türkiyənin hərbi təyyarəsini məhv etdiyinə görə Suriyanı pisləyib və Dəməşqin təşkilatdakı üzvlüyünü dondurmağa çağırıblar.
İƏT-ə üzv ölkələrin XİN rəhbərləri Suriyanın təşkilatdakı üzvlüyünü dondurmağa çağırıblar

Azərbaycan, Bakı, 25 iyun / Trend, müxbir A.Tağıyeva /

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin xarici işlər nazirləri Türkiyənin hərbi təyyarəsini məhv etdiyinə görə Suriyanı pisləyib və Dəməşqin təşkilatdakı üzvlüyünü dondurmağa çağırıblar. Trend-in məlumatına görə, bu barədə təşkilatın məlumatında deyilir.

İƏT XİN rəhbərlərinin iyunun 24-də Ciddədə keçirilən iclasın yekunları üzrə qəbul etdikləri bəyannamədə qeyd edilir ki, Suriyanın hərəkətləri regionda sabitlik və təhlükəzislik üçün təhdiddir.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "RF-4E" tipli kəşfiyyat təyyarəsi cümə günü Malatya vilayətindəki "Erhaç" aviabazasından havaya qalxıb. Təyyarə havaya qalxdıqdan saat yarım sonra Aralıq dənizi üzərində Suriya tərəfindən vurulub.
Suriya Türkiyə təyyarəsini onun ölkənin hava məkanına soxulmasından sonra öz ərazi suları üzərində vurduğunu bəyan edib. Lakin Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu bildirib ki, təyyarə beynəlxalq hava məkanında vurulub, onun qalıqları Suriyanın ərazi sularına düşüb.

İclasda habelə İsrail-Fələstin münaqişəsi və işğal olunmuş Fələstin ərazilərində İsrailin yaşayış məskənlərinin tikilməsi pislənilib.

İƏT-in baş katibi Ekmələddin İhsanoğlu öz çıxışında Məhəmməd Mursini Misir prezidenti seçilməsi münasibəti ilə təbrik edib, ölkədə demokratiyanın və sabitliyin inkişafına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti