...

İranda daha iki yeni televiziya kanalı fəaliyyətə başladı

Dünya xəbərləri Materials 18 İyul 2012 13:12 (UTC +04:00)
Bu gündən İranda daha iki yeni televiziya kanalı fəaliyyətə başlayıb.
İranda daha iki yeni televiziya kanalı fəaliyyətə başladı

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir T.Cəfərov/

Bu gündən İranda daha iki yeni televiziya kanalı fəaliyyətə başlayıb.

İran Prezidenti Mahmud Əhmədinejad və İran Televiziya Təşkilatının rəhbəri Zərğaminin iştirakı ilə "İdman" və "Puya" adlı iki yeni kanalın rəsmi açılış mərasimi keçirilib. Bu barədə Trend İranın İRİNN xəbər kanalına istinadən məlumat verir.

"İdman" kanalı rəqəmsal kanaldır və öz sınaq yayımını mart ayından başlamışdı. Yayımını 24 saat həyata keçirəcək kanal London Olimpiya Oyunlarından xüsusi proqramlar yayımlayacaq.

"Puya" uşaq kanalı da rəqəmsaldır və öz sınaq yayımını 10 gün öncə başlamışdı. Bu kanal ilk olaraq hər gün səhər saat 8-dən günorta saat 12-dək müxtəlif cizgi filimləri və uşaq verilişləri yayımlayacaq. Daha sonra bu kanalın da 24 saat yayımlanacağı bildirilir.

Məlumata görə, hər iki kanal hazırda paytaxt Tehranda yayımlanır və tez bir zamanda İranın müxtəlif əyalətlərində də yayımlancaq.

İranda ölkə üzrə 18 kanal və əyalətlər üzrə isə 24 kanal yayımlanır. Həmçinin İran televiziyaları 24 dildə 1-2 saatlıq verilişlər yayımlayır. Bundan başqa ingilis, ərəb və ispan dillərində ayrıca kanallar 24 saat verliş yayımlayır.

Xəbər lenti

Xəbər lenti