...

Əhməd Davudoğlu: Türkiyə Suriya ilə sərhəddə terrorun qarşısının alınması üçün bütün addımları atacaq

Dünya xəbərləri Materials 31 İyul 2012 10:17 (UTC +04:00)
Türkiyə istər Kürd Fəhlə Partiyası olsun (PKK), istərsə də "Əl-Qaidə" olsun, heç bir terror təşkilatının Suriya ilə sərhədində yerləşməsinə imkan verməyəcək və bunun qarşısının alınması üçün bütün addımları atacaq.
Əhməd Davudoğlu: Türkiyə Suriya ilə sərhəddə terrorun qarşısının alınması üçün bütün addımları atacaq

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyə istər Kürd Fəhlə Partiyası olsun (PKK), istərsə də "Əl-Qaidə" olsun, heç bir terror təşkilatının Suriya ilə sərhədində yerləşməsinə imkan verməyəcək və bunun qarşısının alınması üçün bütün addımları atacaq. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Trend-in məlumatına görə, xəbəri "Zaman" qəzeti yayıb.

"Ankara Suriya ilə sərhədində terrorun qarşısının alınması üçün bütün addımları atacaq və terror təşkilatlarının Suriyanın şimalında yerləşməsinə imkan verməyəcək", - Davudoğlu bildirib.

XİN rəhbəri qeyd edib ki, Türkiyə Suriyanın şimalında PKK tərəfindən kürd dövlətinin yaradılmasına qarşıdır.

Onun sözlərinə görə, şimali İraqda kürd muxtariyyətinin lideri Məsud Bərzaninin gördüyü tədbirlər terror probleminin həlli üçün yetərli deyil.

"Bu həftə İraqın kürd muxtariyyətinə səfər edəcəm və Suriyanın şimalında yaranan situasiyanın həlli yollarının tapılması üçün Bərzani ilə görüş keçirəcəm", - Davudoğlu deyib.

Xəbər lenti

Xəbər lenti