Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir A.Tağıyeva/
İranın və Əsəd rejimi ilə digər əlbir olanların Suriya ilə bağlı planları baş tutmayacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azad Suriya Ordusunun adının çəkilməsini istəməyən generalı "Əl-Cəzirə" telekanalına ötürdüyü video süjetdə deyib.
Generalın sözlərinə görə, bir müddət əvvəl Suriyada saxlanılan 48 İran vətəndaşı İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləridir.
Bir müddət əvvəl Dəməşq ərazisində Azad Suriya Ordusunun nümayəndələri 48 iranlını saxlamışdılar. Suriya hakimiyyəti məlumat verir ki, saxlanılanlar iranlı silahlılar deyil, onlar şiə zəvvarlardır.
İran da saxlanıların İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələri olması barədə bütün məlumatları təkzib edib.
İranın xarici işlər nazirinin ərəb və Afrika ölkələri işləri üzrə müavini Hüseyn Əmir Abdellahianın sözlərinə görə, iranlı zəvvarların tutulması ilə bağlı plan əvvəlcədən Suriya müxalifəti tərəfindən işlənib hazırlanlb.