Azərbaycan, Bakı, 28 avqust / Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Hakkari vilayətinin Şəmdilli rayonunda ölkənin təhlükəsizlik qüvvələrinin apardığı xüsusi əməliyyatların gedişində bir ay ərzində 318 PKK yaraqlısı məhv edilib. Trend-in məlumatına görə, bu barədə "Vətən" qəzeti xəbər verir.
Onlarla toqquşmalarda Türkiyə ordusunun iki hərbçisi həlak olub.
Müstəqil kürd dövlətinin yaradılmasını tələb edən PKK ilə Türkiyə arasında münaqişə 25 ildən çoxdur ki, davam edir. PKK BMT və Aİ tərəfindən terrorçu təşkilat kimi tanınıb.