...

Tehranda təyyarə qəza enişi edib

Dünya xəbərləri Materials 2 Oktyabr 2012 12:02 (UTC +04:00)
İranda Tehran-Ahvas marşrutu üzrə uçan 208-ci reys çərşənbə axşamı səhər yaranmış texniki problemlərlə əlaqədar Tehranda qəza enişi edib.
Tehranda təyyarə qəza enişi edib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranda Tehran-Ahvas marşrutu üzrə uçan 208-ci reys çərşənbə axşamı səhər yaranmış texniki problemlərlə əlaqədar Tehranda qəza enişi edib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verib.

İlkin məlumatlara görə, təyyarə havaya qalxdıqdan bir müddət sonra şassilərdən birində yaranmış texniki nasazlıq səbəbindən elə həmin aeroportda yerə enib.

Uçuşdan bir neçə dəqiqə sonra təyyarə silkələnməyə başlayıb və pilotlar yanacağı ataraq aeroporta enməyə məcbur olublar.

Xəbər lenti

Xəbər lenti