...

Gürcüstanın yeni hökuməti milli azlıqların cəmiyyətə inteqrasiyasını və cəlb olunmasını gücləndirmək niyyətindədir

Dünya xəbərləri Materials 25 Oktyabr 2012 15:40 (UTC +04:00)
Gürcüstanın yeni hökuməti milli azlıqların cəmiyyətə inteqrasiyasının və cəlb olunmasının müxtəlif mexanizmlərini təklif edir.
Gürcüstanın yeni hökuməti milli azlıqların cəmiyyətə inteqrasiyasını və cəlb olunmasını gücləndirmək niyyətindədir

Gürcüstan, Tbilisi, 25 oktyabr / Trend, müxbir N.Kirsxaliya /

Gürcüstanın yeni hökuməti milli azlıqların cəmiyyətə inteqrasiyasının və cəlb olunmasının müxtəlif mexanizmlərini təklif edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bidzina İvanişvili ölkə parlamentində "Güclü, demokratik, vahid Gürcüstan naminə" hökumət proqramını təqdim edərkən bildirib.

Bu gün parlamentdə hökumətin proqramının təqdimatı və onun yeni tərkibinin təqsdiqlənməsi proseduru keçirilir.

İvanişvilinin sözlərinə görə, həmin mexanizmlər arasında milli azlıqların mədəniyyətlərinin müdafiəsi və populyarlaşdırılması, onların dillərinin, ənənələrinin və dəyərlərinin inkişafı da var.

"Zərurət olarsa, dövlət çoxdilli təhsil sistemi tətbiq edəcək və bununla yanaşı, gürcü dilinin öyrənilməsi prosesinə yardım edəcək", -İvanişvili qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti