...

Bidzina İvanişvili Gürcüstanın Baş naziri seçilib

Dünya xəbərləri Materials 25 Oktyabr 2012 18:40 (UTC +04:00)
Gürcüstan parlamenti bu gün keçirilən toplantısında ölkə hökumətinin yeni tərkibini təsdiq edib.
Bidzina İvanişvili Gürcüstanın Baş naziri seçilib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Gürcüstan parlamenti bu gün keçirilən toplantısında ölkə hökumətinin yeni tərkibini təsdiq edib.

Trend-in məlumatına görə, baş nazir vəzifəsinə son parlament seçkilərində qalib gələn "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvilinin namizədliyi təsdiqlənib.

Bununla yanaşı, parlament yeni hökumətin müxtəlif sahələrdə islahatların aparılmasını nəzərdə tutan "Güclü demokratik və vahid Gürcüstan üçün" yeni proqramını təsdiq edib. Qeyd edək ki, 150 millət vəkilindən 88-i proqramın lehinə səs veriblər.

Xatırladaq ki, parlament seçkilərində "Gürcü arzusu" koalisiyası 85 mandat qazanıb, qalan 65 yer isə prezident Mixail Saakaşvilinin başçılıq etdiyi "Vahid Milli Hərəkat"a çatıb.

Xəbər lenti

Xəbər lenti