...

Ermənistan hakimiyyəti seçkilərdə saxtakarlıqlara yeni forma gətirib

Dünya xəbərləri Materials 18 Dekabr 2012 18:29 (UTC +04:00)
ABŞ-da fəaliyyət göstərən "Policy Forum Armenia" beynəlxalq tədqiqat təşkilatının xüsusi məruzəsinə əsasən, Ermənistanda real seçki islahatları yenidən pozulub.
Ermənistan hakimiyyəti seçkilərdə saxtakarlıqlara yeni forma gətirib

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

ABŞ-da fəaliyyət göstərən "Policy Forum Armenia" beynəlxalq tədqiqat təşkilatının xüsusi məruzəsinə əsasən, Ermənistanda real seçki islahatları yenidən pozulub. Bu barədə Trend çərşənbə axşamı Ermənistan mətbuatına istinadən məlumat verir.

"Ermənistanda 2012-ci il parlament seçkiləri" məruzəsində müxalifət partiyaları, beynəlxalq müşahidəçilər, yerli vətəndaş cəmiyyətinin seçkilərin nəticələrinə dair fikirləri də yer alıb.

Məruzədəki statistik nəticələr ardıcıl və strateji xarakter daşıyan saxtakarlıqları və bunun əsas icraçısı olan hakim partiyanı ifşa edir.

Məruzənin nəticələrini şərh edən Londondakı Xarici Siyasət Mərkəzinin siyasət xətti üzrə direktoru Adam Heq deyib ki, bu məruzə Ermənistanın seçkiləri azad və ədalətli kimi səciyyələndirməsi üçün hələ uzun yol getməli olduğunu nümayiş etdirir. Onun sözlərinə görə, Ermənistan beynəlxalq və yerli ictimaiyyətin etimadını qazanmaq üçün seçki proseslərini yaxşılaşdırmalıdır.

London İqtisadiyyat Məktəbinin eksperti Armin İşxanyan isə bildirib ki, saxtakarlıqların mütəmadi təkmilləşdirilməsi onların üzə çıxarılması prosesini çətinləşdirir. O, baş verənləri yeni nəsil saxtalaşdırma adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti