...

İran yeni pilotsuz təyyarənin təqdimatını keçirəcək

Dünya xəbərləri Materials 7 Fevral 2013 11:10 (UTC +04:00)
İran may ayında özünün istehsal etdiyi uzaq mənzilli yeni pilotsuz təyyarənin təqdimatını keçirəcək. Bunu İranın müdafiə nazirinin müavini Məhəmməd İslami deyib.
İran yeni pilotsuz təyyarənin təqdimatını keçirəcək

Azərbaycan, Bakı, 07 fevral /Trend, müxbir T.Cəfərov/

İran may ayında özünün istehsal etdiyi uzaq mənzili yeni pilotsuz təyyarənin təqdimatını keçirəcək. Bunu İranın müdafiə nazirinin müavini Məhəmməd İslami deyib. Trend-in məlumatına görə, bu barədə İranın FARS agentliyi məlumat verir.

İslami deyib ki, İran qısa, orta və uzaq mənzilli modeldə pilotsuz təyyarələrin layihələşdirilməsi və istehsalı istiqamətində çoxlu nailiyyətlər əldə edib.

"Uzaq mənzilli modeldə olan pilotsuz təyyarələr strateji təyyarələr hesab olunur. May ayında təqdimatı olacaq yeni piltosuz təyyarə özəl əməliyyatlar həyata keçirmək üçün nəzərdə tutulub. Həmin pilotsuz təyyarələrin havada qalma müddəti 24 saatdır və 30 min fut yüksəklikdə uçuşlar həyata keçirməyə qadirdirlər", -deyə İslami bidlirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti