Ermənistanın hazırki rəhbəri Serj Sarqsyan 1988 seçki məntəqəsinin hamısında səslərin hesablanmasından sonra 58,64 faiz səslə prezident seçkilərində qalib gəlib. Bu barədə RİA Novosti xəbər verir.
İkinci yerdə 36,75 faiz səslə (539,672 min seçici) Ermənistan XİN-in ilk rəhbəri (1991-92-ci illər) Raffi Ovannisyandır.
Üçüncü yerdə böyük geriləmə ilə - 2,15 faiz (31,643 min) sabiq baş nazir Qrant Baqratyan gəlir.
Paruyr Hayrikyana seçicilərin 1,23 faizi (18,093 min) səs verib.
Andrias Qukasyan 0,57 faiz (8,328 min), Vardan Sedrakyan - 0,42 faiz (6,203 min), Arman Məlikyan 0,24 faiz (3,516 min) səs toplayıb.