...

İranın cənubunda güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 12 May 2013 07:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend/

İranın cənubunda Xormozqan əyalətində bazar günü Rixter cədvəli üzrə 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların mərkəzi 25 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin episentri Minab şəhərindən 80 kilometr cənub-şərqdə olub.

Zəlzələ yerli vaxtla saat 05:07-də baş verib.

Dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti