Azərbaycan, Bakı, 14 may /Trend/
Avrozonanın maliyyə nazirlərinin şurası bazar ertəsi Yunanıstana maliyyə köməyinin növbəti tranşının verilməsinə razılıq verib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
Avropa qrupu hesab edir ki, Avropa maliyyə sabitliyi fondundan 7,5 milyard avro məbləğində növbəti tranşın verilməsinə bütün zəruri elementlər mövcuddur.
"Yaxın günlərdə Avropa maliyyə sabitliyi fondu tərəfindən tranşın 4,2 milyard avro məbləğində birinci hissəsi bəyəniləcək. Qalmış hissənin verilməsi 2013-cü ilin iyununda Yunanıstanın iqtisadiyyatının bərpası proqramlarının icrasına uyğun olaraq olacaq", - Avropa qrupunun rəhbəri bazar ertəsi mətbuat konfransında deyib.