Azərbaycan, Bakı, 15 may /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/
İranda təqribən 25 000 tələbə və müəllim qarşıdakı prezident seçkilərində Nəzarət Şurası və Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edəcək. Bu barədə Trend çərşənbə günü "Mehr" agentliyinə istinadən məlumat verir.
Məlumata görə, İranın elm, araşdırma və texnologiyalar nazirinin müavini Qulamrza Hacehsərvi seçki prosesi zamanı tələbə və müəllimləri müşahidəçilər qismində cəlb edəcəklərini bildirib.