...

İranda prezidentliyə namizədlər teledebatların keçirilmə formasından narazıdırlar

Dünya xəbərləri Materials 1 İyun 2013 12:28 (UTC +04:00)
Dünən İranda seçkiqabağı debatlarda iştirak etmiş prezidentliyə 8 namizəd debatların keçirilmə qaydasından razı qalmayıblar. Bu barədə Trend şənbə günü IRIB telekanalına istinadən məlumat verir.
İranda prezidentliyə namizədlər teledebatların keçirilmə formasından narazıdırlar

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbirlər F. Kərimov, Y. Kosolapova/

Dünən İranda seçkiqabağı debatlarda iştirak etmiş prezidentliyə 8 namizəd debatların keçirilmə qaydasından razı qalmayıblar. Bu barədə Trend şənbə günü IRIB telekanalına istinadən məlumat verir.

Məlumata görə, debatların birinci raundunda iqtisadi məsələlər müzakirə edilib. Debatların iştirakçıları olan İranın sabiq vitse-prezidenti Rza Arif və Məqsədəuyğunluq Şurasının katibi Möhsin Rzayi debatların keçirilmə formasının dəyişməsinin lehinə çıxış ediblər.

Arif deyib: "Mən iqtisadi məsələlər üzrə ekspertlər və digər namizədlərin nümayəndələri ilə diskussiya aparmağa hazıram".

Onun sözlərinə görə, namizədlər barədə insanlar hökm verməlidirlər, debatların keçirilmə qaydası isə təhqiredicidir.

Debatların əlaqələndiricisi Murtuza Heydəri məlumat verib ki, alimlərlə əməkdaşlıq nəticəsində debatların 20 müxtəlif ssenarisi hazırlanıb və baxılması üçün irəli sürülüb. Bu məsələ üzrə yekun qərar seçki kampaniyasının mənzil-qərargahı tərəfindən qəbul edilib.

İran televiziyasının məlumatına görə, namizədlərin sayının çox olması 2009-cu ildəki kimi ikitərəfli debatlar keçirməyi mümkünsüz edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti