...

Elmar Məmmədyarov: Azərbaycan və Gürcüstanın prioritetlərinin oxşarlığı regionda sabitliyin saxlanılmasına imkan verir

Dünya xəbərləri Materials 5 İyun 2013 12:25 (UTC +04:00)
Azərbaycan və Gürcüstan oxşar prioritertlərə malikdir. Bu da Cənubi Qafqaz regionunda sabitliyi təmin edir.
Elmar Məmmədyarov: Azərbaycan və Gürcüstanın prioritetlərinin oxşarlığı regionda sabitliyin saxlanılmasına imkan verir

Gürcüstan, Tbilisi, 5 iyun /Trend, müxbir N.Kirtsxaliya

Azərbaycan və Gürcüstan oxşar prioritertlərə malikdir. Bu da Cənubi Qafqaz regionunda sabitliyi təmin edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın ABŞ-dakı səfirliyində təşkil olunan qəbulda bildirib.

Azərbaycan XİN rəhbəri gürcü jurnalistlərlə söhbət zaman bildirib:" Azərbaycan və Gürcüstan birgə əməkdaşlıq sahəsində böyük təcrübəyə malikdirlər və bizim münasibətlərimiz dinamik səkildə inkişaf edir. Bu da özünü sıx iqtisadi və siyasi əlaqələrdə göstərir".

Məmmədyarov bildirib ki, onun gürcü həmkarı ilə müntəzəm görüşləri əlaqələrin perspektivlərini müəyyənləşdirməyə, o cümlədən regional səviyyəli məsələləri həll etməyə imkan verir.

Gürcüstanın ABŞ-dakı səfirliyi Gürcüstanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edib. Qəbulda ABŞ-ın dövlət katibinin müavini Erik Rubin, Dövlət Departamentinin digər yüksəkvəzifəli şəxsləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti