Azərbaycan, Bakı, 4 sentyabr / Trend /
ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə Suriyada kimyəvi silah mövzusunu G20 sammiti çərçivəsində Sankt-Peterburqda müzakirə edəcək. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib.
"Bildiyiniz kimi, prezident Obama yaxın vaxtlarda Peterburqa gedir. Görünür, o, Putinlə bu mövzunu müzakirə edəcək," - Moskva Dəməşq ətrafında kimyəvi silahın tətbiqi ilə bağlı Vaşinqtonun dəlilləri ilə razı deyil sualına cavab verərkən, Kerri xarici işlər üzrə senat komitəsində dinləmələrdə deyib.