...

Edvard Nalbandyan Azərbaycanın işğal olunan ərazilərinə səfər edən danimarkalı deputat və jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul edib

Dünya xəbərləri Materials 11 Sentyabr 2013 11:20 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Danimarka Parlamentinin üzvləri və jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul edib.
Edvard Nalbandyan Azərbaycanın işğal olunan ərazilərinə səfər edən danimarkalı deputat və jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend /

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Danimarka Parlamentinin üzvləri və jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul edib. Trend-in məlumatına görə, bu barədə Ermənistanın "Armenia Today" saytı xəbər yayıb.

Nümayəndə heyətinə Danimarka Parlamentinin Avropa məsələləri üzrə komissiyasının sədri Eva Kyer Hansen rəhbərlik edir.

Tərəflər Ermənistanın bir sıra regional və beynəlxalq problemlərə olan yanaşmasını, Ermənistanın beynəlxalq strukturlarda iştirakı və regional təşkilatlarla əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Daha əvvəl Ermənistan KİV məlumat yayıblar ki, qondarma Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri" Karen Mirzoyan danimarkalı deputat və jurnalistlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, Azərbaycan tərəfi Danimarkadan olan deputat və jurnalistlərin işğal olunan torpaqlarımıza səfər etməsi barədə məlumatı araşdırır.

O vurğulayıb ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə müvafiq göstərişlər verilib, araşdırma bitəndən sonra müvafiq qərar veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti