...

İran universitetlərində tələbələrin çoxu mühasibatlıq üzrə təhsil alır

Dünya xəbərləri Materials 14 Sentyabr 2013 16:05 (UTC +04:00)
İran universitetlərində tələbələrin böyük əksəriyyəti (230 min) "Mühasibat uçotu " ixtisası üzrə ali təhsil alır. Bunu İranın Elm və Təhsil Nazirliyinin Monitorinq və Qiymətləndirmə Mərkəzinin direktoru Rza Ameri deyib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.
İran universitetlərində tələbələrin çoxu mühasibatlıq üzrə təhsil alır

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Cəfərov/

İran universitetlərində tələbələrin böyük əksəriyyəti (230 min) "Mühasibat uçotu " ixtisası üzrə ali təhsil alır. Bunu İranın Elm və Təhsil Nazirliyinin Monitorinq və Qiymətləndirmə Mərkəzinin direktoru Rza Ameri deyib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.

Ameri bildirib ki, Hüquq və Kompyuter mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrin də sayı çoxdur: "Hüquq ixtisası üzrə 170 min nəfər, kompyuter mühəndisliyi ixtisası üzrə isə 100 min tələbə universitetlərdə təhsil alır".

Onun sözlərinə görə, cari ildə İranda universitetlərə ümumilikdə 4 milyon 400 min tələbə qəbul olunub. Ameri bildirib ki, onlar ölkə üzrə 2500 ali təhsil müəssisəsində təhsil alırlar.
O qeyd edib ki, ali məktəbə qəbul olmuş tələbələrin çoxu Tehran, İsfahan və Rəzəvi Xorasan vilayətlərinin universitetlərində təhsil alır.

"Tələbələrin 16,6 faizi (710 min) Tehran, 7,25 faizi (310 min) İsfahan və 6,1 faizi (260 min ) Rəzəvi Xorasan vilayətində təhsil alır". O bildirib ki, vilayət universitetləri arasında ən az tələbə Şimali Xorasan vilayətinin universitetlərində təhsil alır. Onların sayı 42 min nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti