...

Əhməd Davudoğlu: Əsədin Türkiyəni tənqid etmək haqqı yoxdur

Dünya xəbərləri Materials 5 Oktyabr 2013 21:52 (UTC +04:00)
Suriya prezidenti Bəşər Əsədin Türkiyəni tənqid etmək hüququ yoxdur.
Əhməd Davudoğlu: Əsədin Türkiyəni tənqid etmək haqqı yoxdur

Azərbaycan, Bakı, 5 oktyabr / Trend /

Suriya prezidenti Bəşər Əsədin Türkiyəni tənqid etmək hüququ yoxdur. Trend Anadolu agentliyinə istinadən, bu barədə Türkiyə XİN rəhbəri şənbə günü Tiranada keçirilən mətbuat konfransında bildirib.

"Əsəd öz xalqı üzərində zorakılıq edən, ona qarşı kimyəvi silahdan istifadə edən prezidentdir və onun Türkiyəni tənqid etmək hüququ yoxdur. Onun dediklərində heç bir həqiqət yoxdur", - Davudoğlu bildirib.

Nazirin sözlərinə görə, Əsəd əvvəlcə özü Suriya xalqından üzr istəməlidir.

"Türkiyə sülhün bərqərar olması üçün hər şeyi edir və edəcək", - XİN rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti