...

Baş nazir: Türkiyə Avropa İttifaqına tezliklə üzv olmağa ümid edir

Dünya xəbərləri Materials 6 Noyabr 2013 05:34 (UTC +04:00)
Türkiyə Avropa İttifaqına tezliklə üzv olmaq niyyətindədir.
Baş nazir: Türkiyə Avropa İttifaqına tezliklə üzv olmağa ümid edir

Azərbaycan, Bakı, 6 noyabr / Trend /

Türkiyə Avropa İttifaqına tezliklə üzv olmaq niyyətindədir. Trend Anadolu agentliyinə istinadən, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü bildirib.

Türkiyə çərşənbə axşamı regional siyasətin və strukturların koordinasiyasına aid olan 22 bəndə dair danışıqlara başlayıb.

Baş nazirin sözlərinə görə, Türkiyə Avropa İttifaqının bütün tələblərini yerinə yetirməyə hazırdır.

"Biz ümid edirik ki, bütün bəndlər üzrə tələbləri tezliklə yerinə yetirə biləcəyik," - Ərdoğan bildirib.

Ərdoğan Finlandiyaya səfərinin yekunları üzrə, İsveçə sonra isə Polşaya keçəcək. Türkiyəli iqtisadiyyat və energetika naziri, həmçinin meşə və su işləri naziri Ərdoğanı müşayiət edəcəklər.
Əvvəllər Türkiyə baş nazirinin müavini Bülənt Arınç bildirib ki, Türkiyənin Aİ-yə daxil olması ölkə vətəndaşları üçün öz cəlbediciliyini itirib.

Onun sözlərinə görə, əgər əvvəllər ölkə əhalisinin 75 faizi Türkiyənin Aİ-yə daxil olmasına üstünlük ifadə edirdisə, hazırda vətəndaşların cəmi 20 faizi bunu istəyir.

Egemen Baxış əvvəllər də deyib ki, Türkiyə yaxın illər ərzində Aİ-nin tamhüquqlu üzvü ola bilər, əgər ölkəyə bu yolda süni maneələr yaradılmasa.
O qeyd edib ki, Türkiyə Aİ qarşısında öhdəliklərin 65 faizini yerinə yetirib.
Rəsmi Türkiyə Aİ-yə daxil olmaq barədə danışıqlara 2005-ci ildə başlayıb.

Xəbər lenti

Xəbər lenti