...

Kiyev və Aİ assosiasiyaya hazırlığı müzakirə ediblər

Dünya xəbərləri Materials 4 Dekabr 2013 13:19 (UTC +04:00)
Ukrayna Baş nazirinin birinci müavini Sergey Arbuzov və Aİ-nin Ukraynadakı Nümayəndəliyinin sədri Yan Tombinski Ukrayna və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığı müzakirə ediblər.
Kiyev və Aİ assosiasiyaya hazırlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Ukrayna Baş nazirinin birinci müavini Sergey Arbuzov və Aİ-nin Ukraynadakı Nümayəndəliyinin sədri Yan Tombinski Ukrayna və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığı müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə "Ukrinform" Baş nazirin birinci müavininin mətbuat xidmətinə istinadən xəbər verib.

Məlumatda deyilir: "Ukrayna tərəfi ümumilikdə Avropaya inteqrasiya, o cümlədən Avropa İttifaqı ilə assosiasiya kursunun dəyişməzliyini bəyan edib".

Tərəflər assosiasiya haqqında sazişin paraflanması qrafikinin tezliklə formalaşdırılması, eləcə də onun bəzi aspektlərinə yönəlmiş danışıqlar prosesinin ardıcıl olması barədə razılığa gəliblər.

Arbuzov və Tombinski demokratik, sabit Avropa Ukraynası qurulması kimi birgə məqsədə nail olmağa yönəlmiş konkret addımlar vasitəsilə etimadın bərpa olunacağına qarşılıqlı inamlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti