...

İranın Çahar-Mahal və Bəxtiyari əyalətlərində qar 15 kəndə gedən yolun bağlanmasına səbəb olub

Dünya xəbərləri Materials 1 Yanvar 2014 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 yanvar /Trend, müxbir T.Cəfərov/

İranın Çahar-Mahal və Bəxtiyari əyalətlərində qar 15 kəndə gedən yolu bağlayıb. 4000 nəfərdən çox insana yardım etmək mümkin deyil. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.

Məlumata əsasən, bəzi bölgələrdə qarın hündürlüyü 2 metrə çatır.

Ötən gündən İranın 9 əyalətində qar yağır. Bir çox bölgələrdə, o cümlədən Tehran, Çahar-Mahal və Bəxtiyari , Fars, Lorestan, Kirmanşah, Qərbi Azərbaycan, İsfahan və Qəzvin kimi əyalətlərdə qar yollarda gediş-gəlişdə çətinliklər yaradıb.

Iranın Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri qardan əziyyət çəkənlərə yardımlar etmək üçün səfərbər olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti