Gürcüstan, Tbilisi, 8 yanvar /Trend, müxbir N.Kirsxaliya/
İntensiv qar yağması səbəbindən Tbilisi-Senaki-Leselidze avtomobil magistralının 136-157-ci kilometrliyində (Çumateleti-Xunevi) məhdudiyyətlər tətbiq edilərək qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib.
Çərşənbə günü ölkənin Avtomobil Yolları Departamentindən Trend-ə verilən məlumata görə, həmin vaxtadək Rikot aşırımında bütün nəqliyyat vasitələrinin hərəkəti sərbəst olub.